Maskın Ağ Evdə görünməsi yeni şayiələri alovlandırdı

Dünya

20.11.2025 10:48

İlon Mask bir neçə aylıq fasilədən sonra ilk dəfə Ağ Evi ziyarət edərək ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla keçirilən dövlət şam yeməyində iştirak edib.

TodayPress TV xəbər verir ki, "TRT World"ün məlumatına görə, tədbirdə vitse-prezident J.D. Vens, Apple rəhbəri Tim Kuk, dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli şəxslər də olub.

Tədbir ABŞ–Səudiyyə Ərəbistanı əməkdaşlığını, xüsusilə təhlükəsizlik və enerji sahələrində strateji tərəfdaşlığı vurğulamaq məqsədi daşıyıb.

Maskın yenidən Ağ Ev tədbirində görünməsi milyarderin siyasi proseslərdə və mümkün yeni razılaşmalarda roluna dair şayiələri gücləndirib.

Mask və Tramp arasında sosial mediada yaşanan qarşıdurmaya baxmayaraq, milyarder respublikaçıları dəstəkləyir və ötən il seçki kampaniyasına böyük məbləğdə ianə verib.

Qeyd edək ki, Bu gərginlik səbəbindən Mask uzun müddət Ağ Ev tədbirlərinə qatılmırdı, lakin indi siyasi elita ilə münasibətlərin bərpası diqqət çəkib.

Jalə Rövşən

TodayPress TV

tag: İlon Mask,Ağ Ev,Donald Tramp ,Məhəmməd bin Salman,Todaypress.tv,