Mask Trampdan tələb edir: “Epşteyn sənədlərini açıqlayın”
Amerikalı milyarder İlon Mask prezident Donald Trampa səslənərək, cinsi qalmaqallarla tanınan maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin dərcini tələb edib.
TodayPress TV xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində yazıb:
“Ciddi şəkildə deyirəm, Tramp Epşteyn adını altı dəfə çəkdi və eyni zamanda, hamını bu barədə danışmamağa çağırdı. Sadəcə sənədləri açıqlayın, necə ki, söz vermişdiniz”.
Qiymət Mahir