Makron Yaponiya və Cənubi Koreyaya səfər edəcək
Dünya
28.03.2026 01:20
Fransa Prezidenti Emmanuel Makron gələn həftə Yaponiya və Cənubi Koreyaya səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.
Biıdirilib ki, o, burada həmin ölkələrin liderləri ilə Yaxın Şərqdəki münaqişənin fəsadlarını müzakirə etmək və nizamlanmaya dair ümumi yanaşmalar işləyib hazırlamaq niyyətindədir.
Qeyd olunur ki, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə əvvəlcədən planlaşdırılan səfər, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və ardınca Hörmüz boğazının faktiki blokadasına gətirib çıxaran eskalasiya nəticəsində yaranmış vəziyyətin gərginləşməsi fonunda baş tutur.
Yaxın Şərq böhranının Makronun Yaponiyanın Baş naziri Sanae Takaiçi və Cənubi Koreyanın Prezidenti Li Çje Myon ilə danışıqlarda əsas mövzu olacağı gözlənilir.
Rəsmi proqrama Tokio və Seula səfər daxildir. Bu, Fransa dövlət başçısının 2015-ci ildən bəri Cənubi Koreyaya ilk səfəridir.
Səfər həmçinin Hind-Sakit okeanı regionunda tərəfdaşlığın möhkəmləndirilməsinə və iyun ayında Evianda keçiriləcək G7 sammitinə hazırlığa yönəlib.
tag: Makron,Yaponiya,Cənubi Koreya,Fransa,TodayPress TV,
