Makron Ukraynaya hərbi yardım sazişi imzaladı

Dünya

17.11.2025 19:55

Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı münaqişə bitənə qədər vəzifəsində qalacağına ümid etdiyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu açıqlama o, ukraynalı həmkarı Volodimir Zelenski ilə Yelisey sarayında sosial şəbəkədə canlı yayımlanan birgə mətbuat konfransında verib.

Makron xatırladıb ki, Fransa konstitusiyasına görə, o, 2027-ci ildə keçiriləcək prezident seçkilərində üçüncü müddətə namizəd ola bilməyəcək. Prezident deyib:“Ümid edirəm ki, 2027-ci ilə qədər sülh əldə olunacaq.”

Görüş zamanı Makron və Zelenski Kiyevə hərbi yardım haqqında “tarixi” saziş imzalayıblar. Sənədin təfərrüatları açıqlanmasa da, KİV-in məlumatına görə, saziş döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin təchizatını əhatə edir.

Ukrayna lideri bildirib ki, Kiyev Parisdən 100 ədəd Rafale qırıcısı alacaq. Mütəxəssislər tədarüklərin ən tez 2029-cu ildə başlayacağını bildirirlər. Makron həmçinin vurğulayıb ki, Kiyevin Qərb müttəfiqlərinin son aylarda qəbul etdiyi qərarlar münaqişənin gedişatını dəyişib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fransa,Ukrayna,Makron,Zelenski,Todaypress.tv,