Makron Modi ilə telefon danışığı apardı
Fransa Prezidenti Emmanuel Makron Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Makron özünün "X" hesabında məlumat verib.
"Mən ona Zelenski və "Könüllülər koalisiyası"ndan olan tərəfdaşlarımızla cümə axşamı Parisdə apardığımız işin nəticələrini təqdim etdim", - E.Makron qeyd edib.
Onun sözlərinə görə, Hindistan və Fransa Ukraynada ədalətli və davamlı sülh arzusunu bölüşürlər.
“Dostluğumuza və strateji tərəfdaşlığımıza əsaslanaraq, biz sülhün yolunu birgə açmağa davam edəcəyik”, – ölkə başçısı əlavə edib.