Makron: “Belə yanğınlar İkinci Dünya müharibəsindən bəri olmayıb”
Fransada davam edən genişmiqyaslı meşə yanğınları səbəbindən təxliyə olunan insanların sayı 220 minə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ölkə bu yay İkinci Dünya müharibəsindən bəri ən çox təbii yanğınlarla üzləşib.
Yanğınların söndürülməsi və əhalinin təhlükəsiz ərazilərə köçürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.