Makron Avropalı tərəfdaşlarını Putinlə dialoqa cəlb etməyə çalışır
Dünya
11.02.2026 02:30
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqu yenidən bərpa etmək üçün Avropa tərəfdaşlarını prosese cəlb etmək niyyətini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.
Makron bildirib ki, keçən həftə Moskvaya göndərilən ali müşavir müharibənin başlanmasından bəri ilk belə görüş olub. Onun sözlərinə görə, görüşdən əldə olunan əsas nəticə Rusiyanın hazırda sülh istəməməsi olub, lakin texniki səviyyədə müzakirə kanalları bərpa edilib.
Fransa Prezidenti vurğulayıb ki, Putinin iştirakı ilə dialoq çoxlu iştirakçılar olmadan və konkret mandatla aparılmalıdır. O qeyd edib ki, müzakirələr Avropa üçün yaxşı təşkil edilmiş yanaşma ilə həyata keçirilməli, Ukraynaya təzyiq göstərmədən və üçüncü tərəflərin təsirindən asılı olmadan davam etməlidir.
Aysel Mətləb
tag: Makron,Avropa,Rusiya,Putin,Todaypress.tv,
