Maduro ABŞ-nin xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirildi

Maduro ABŞ-nin xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirildi
03.01.2026 14:46 Dünya

Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı  Siliya Floresi ABŞ-nin xüsusi təyinatlı “Delta Force” birliyi ələ keçirib.

TodayPress TV  xəbər verir ki, bu barədə “CBS News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki olmayıb. Venesuela tərəfindən də itkilərlə bağlı açıqlama verilməyib.

Bildirilir ki, “Delta Force” birliyi daha əvvəl 2019-cu ildə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyü əməliyyatda iştirak etmiş elit xüsusi təyinatlı qüvvədir.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər