Madaqaskarda tropik siklon: Doqquz nəfər öldü

Madaqaskarda tropik siklon: Doqquz nəfər öldü
11.02.2026 17:56 Dünya

"Gezan" adlı tropik siklon Madaqaskarın şərq sahillərinə çataraq ölkənin ikinci ən böyük şəhəri Toamasinada doqquz nəfərin ölümünə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, güclü külək və yağış ərazini bürüyüb.

Madaqaskarın fəlakət idarəetmə agentliyi bildirir ki, Toamasina liman şəhərində ehtiyat tədbirləri görülüb. 19 nəfər yaralanıb, təxminən 1500 sakin təhlükəsizlik üçün təxliyə edilib.

BMT-nin məlumatına görə, bu, bu il Madaqaskara vuran ikinci tropik siklondur. 10 gün əvvəl Fitia siklonu 14 nəfərin ölümünə və 31 mindən çox insanın evsiz qalmasına səbəb olmuşdu.

Siklon zamanı küləyin sürəti 185 km/saat, ancaq bəzi anlarda 270 km/saat səviyyəsinə çatıb. Bu, evlərin damlarının uçmasına, ağacların kökündən qopmasına və elektrik kəsintilərinə səbəb olub. Məktəblər bağlanıb və təcili sığınacaqlar hazırlandı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Bütün Xəbərlər