Luvr Muzeyi oğurluq hadisəsindən sonra təhlükəsizliyi gücləndirir

Dünya

19.11.2025 19:30

Parisdəki Luvr Muzeyi 2026-cı ilin sonuna qədər ərazidə 100 əlavə xarici CCTV kamerası quraşdıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə muzeyin direktoru Laurens des Kars Fransa Milli Assambleyasında çıxışı zamanı məlumat verib.

Təhlükəsizlik tədbirlərinin bir hissəsi kimi muzeydə müasir polis bölməsi də fəaliyyət göstərəcək. Addım, dörd nəfərdən ibarət quldur dəstəsinin muzeydən milyonlarla dəyərində zinət əşyaları oğurlamasından sonra atılıb.

Xatırladaq ki, oktyabrın 19-da işçi paltarı geyinmiş şəxslər yük maşını ilə Luvr ərazisinə daxil olaraq Napoleonun kolleksiyasından boyunbağı, broş və tiara daxil olmaqla 88 milyon avro dəyərində zinət əşyalarını oğurlayıblar. Qaçarkən onlar imperatriça Ejeniyə məxsus, 1354 brilyantla bəzədilmiş tacı isə yerə atıblar.

Oğruların zinət əşyalarının bir hissəsini darknetdə satmağa cəhd etdiyi də bildirilib.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Luvr,Muzey,Təhlükəsizlik,Oğurluq,Kamera,