Lukaşenko Yeni il ərəfəsində 22 məhbusu əfv etdi

Dünya

30.12.2025 17:08

Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlərdə təqsirli bilinənlər də daxil olmaqla 22 nəfəri əfv edib.

TodayPress TV bu barədə Belarus liderinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, əfv olunanlardan 20-si ekstremist cinayətlərə görə məhkum edilib. Ümumilikdə əfv edilən şəxslərin 15-i qadın, 7-si kişidir və onların 11-nin azyaşlı övladları var.

Rəsmi açıqlamaya əsasən, əfv edilənlərin hamısı prezidentə müraciət edərək bağışlanma istəyib, günahlarını etiraf edib və etdikləri əməllərdən peşman olduqlarını bildiriblər.

Qeyd olunur ki, Aleksandr Lukaşenko əfv qərarını humanitar səbəblərə, məhkumların ailələrinin maraqlarına və onların müsbət xarakter xüsusiyyətlərinə əsaslanaraq verib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Belarus,Lukaşenko,Əfv,Cəza,Todaypress.tv,