Lukaşenko: "Belarus müdafiə qabiliyyətini gücləndirməlidir"

Dünya

10.02.2026 19:30

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, mövcud şəraitdə Belarus müdafiə qabiliyyətini artırmaq məcburiyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.

Lukaşenko qeyd edib ki, yalnız hərbi təhlükəsizliyini təmin edən dövlət özünü qoruyub saxlaya bilər. Prezidentin sözlərinə görə, Belarus xalqı bu barədə əvvəlcədən xəbərdar edilib və ölkə müdafiəsini gücləndirməli olacaq.

O, Belarus sərhədləri yaxınlığında, xüsusilə Polşa istiqamətində hərbi fəallığın artmasının narahatlıq doğurduğunu vurğulayıb. Prezident bildirib ki, bu proseslər təsadüfi deyil və digər ölkələr hərbi texnikaya boş yerə vəsait ayırmırlar.

Lider əlavə edib ki, Rusiya-Ukrayna müharibəsini nəzərə alaraq, Belarusun müdafiə qabiliyyətinin daha ciddi şəkildə gücləndirilməsi barədə qərar qəbul olunub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Belarus,Rusiya,Ukrayna,Müdafiə,Todaypress.tv,