Livanda ölənlərin sayı AÇIQLANDI
2 mart tarixindən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb, 8094 nəfər isə yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, son 24 saat ərzində İsrailin həyata keçirdiyi reydlər nəticəsində 32 nəfər həlak olub, 74 nəfər isə xəsarət alıb.
Aysel Mətləb