Litva və Almaniya prezidentləri Rusiyaya təzyiqləri müzakirə etdilər

Litva və Almaniya prezidentləri Rusiyaya təzyiqləri müzakirə etdilər
07.07.2025 09:57 Dünya

Litva Prezidenti Gitanas Nauseda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə Ukraynaya dəstək və Rusiyaya təzyiqin gücləndirilməsi məsələlərini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Gitanas Nauseda “X” sosial şəbəkəsində Almaniya prezidentinin Litvaya səfəri ilə bağlı paylaşım edib.

Onun sözlərinə görə, görüşdə həmçinin müdafiə sahəsində əməkdaşlıq və silahlı qüvvələrin mobilliyinə dair strateji investisiyalar da gündəmdə olub.

Nauseda Almaniyanı Avropada təhlükəsizlik, dayanıqlılıq və sülhün təmin olunmasında əsas müttəfiq adlandırıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər