Litva Belarusla sərhəd rejiminə dair yekun qərarı noyabrın 19-da açıqlayacaq
Litva hökuməti Belarusla sərhəd rejiminə dair qərarını noyabrın 19-da qəbul edəcək.
TodayPress TV "Belta" informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Litva parlamentinin xarici siyasət komitəsinin rəhbəri Remiqyus Motuzas bildirib. O qeyd edib ki, sərhəd rejimi ilə bağlı yekun qərar Nazirlər Kabinetinin noyabrın 18-nə planlaşdırılan iclasından sonra gözlənilməlidir.
Qeyd edək ki, oktyabrın 29-da Litva hökuməti Litva-Belarus sərhədindəki nəzarət-buraxılış məntəqələrini noyabrın 30-dək bağlamaq qərarına gəlib.
Jalə Rövşən