Litva Belarusla iki sərhəd keçid məntəqəsini açır
Belarus Litvadan iki sərhəd keçid məntəqəsinin açılması ilə bağlı rəsmi bildiriş alıb.
TodayPress TV xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
"Noyabrın 20-də Minsk vaxtı ilə saat 1:00-dan başlayaraq Litva hakimiyyəti Kamennı Loq-Medininkay və Benyakoni-Şalçininkay sərhəd-keçid məntəqələrini açmağı planlaşdırır", - deyə məlumatda bildirilir.
Belarus Sərhəd Xidməti isə Belarus-Litva sərhədində insanların və nəqliyyat vasitələrinin keçidini bərpa etməyə hazır olduğunu açıqlayıb.