Lavrov Hindistanın xarici işlər naziri ilə görüşdü
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio de Janeyroda BRICS sammiti çərçivəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
Nəşr qeyd edib ki, görüşün əvvəlində nazirlər bir-birini salamlayıb, daha sonra söhbət media üçün qapalı rejimə keçib.