Lavrov: Ermənistan bu arzusundan əl çəkəcək

Lavrov: Ermənistan bu arzusundan  əl çəkəcək
03.09.2026 10:30 Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəyindən yaxın vaxtlarda imtina edə biləcəyini bildirib.

TodayPress TV  xəbər verir ki, Rusiya KİV-inin məlumatına görə, Lavrov bu barədə Şərq İqtisadi Forumunda çıxışı zamanı danışıb.

O qeyd edib ki, Avropa İttifaqı uzaqgörən olmayan qərarları səbəbindən iqtisadi üstünlüklərini itirir.

“Serb dostlarımız, elə indi burada erməni həmkarlarımız hələ də deyirlər ki, biz Avropa İttifaqına üzv olmaq istəyirik. Əminəm ki, onlar bu həvəsi çox tezliklə itirəcəklər”, – deyə Lavrov bildirib.

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər