Latviya BMT Təhlükəsizlik Şurasının üzvü seçildi

Latviya BMT Təhlükəsizlik Şurasının üzvü seçildi
04.06.2025 04:33 Dünya

Birləşmiş Millətlər Təşkilatının (BMT) üzv dövlətləri Latviyanın 2026-2027-ci illər üçün BMT Təhlükəsizlik Şurasına seçilməsi barədə səsvermə keçiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.

Məlumata görə, Latviya Şərqi Avropa qrupundan yeganə namizəd kimi seçkidə iştirak edib. 31 yanvaradək Latviya Monteneqro ilə rəqabət aparırdı, lakin sonradan Monteneqro öz namizədliyini geri çəkib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası sanksiyaların tətbiqi, hərbi əməliyyatlar və sülhün qorunması ilə bağlı qərar qəbul edən əsas orqanlardan biridir. Şurada 5 daimi və 10 seçilmiş üzv var. Hər il iyun ayında 5 yeni üzv 2 illik müddətə seçilir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər