Küveytdə elektrik stansiyası yanır - VİDEO

Küveytdə elektrik stansiyası yanır - VİDEO
18.07.2026 14:41 Dünya

İranın hücumları nəticəsində Küveytdə elektrik stansiyası və duzsuzlaşdırma qurğusunu birləşdirən kompleksdə yanğın aş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Küveytin Elektrik Enerjisi, Su və Bərpa Olunan Enerji Mənbələri Nazirliyi məlumat yayıb.

"İranın Küveyt Dövlətinə qarşı həyata keçirdiyi dəhşətli hücum nəticəsində düşmənin hədəfinə çevrilən daha bir duzsuzlaşdırma qurğusu və elektrik stansiyasında yerləşən kompleksin bir hissəsində yanğın baş verib", - deyə nazirliyin "X" hesabında paylaşdığı məlumatda deyilir:

Qurumun məlumatına görə, kompleksin fəaliyyəti qismən məhdudlaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Müvafiq xidmətlər yanğının nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər