Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa edildi
Krım körpüsündə dayandırılan nəqliyyatın hərəkəti bərpa edilib.
TodayPress TV xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən Rusiya mediası məlumat yayıb.
Krım körpüsündə hərəkət Moskva vaxtı ilə saat 15:23-də dayandırılmışdı. Buna səbəb Ukrayna Təhlükəsizlik Xidmətinin Krım körpüsünü partlatması idi.