Kosmosdan dünyaya ilk videozəng

Dünya

03.01.2026 19:30

Dünyanın ilk kosmik video zəngi həyata keçirildi.

TodayPress TV  "Haber Türk"ə istinadən xəbər verir ki,   "Vodafone" şirkəti dünyanın ilk kosmik video zəngini uğurla həyata keçirib.

Əhatə dairəsi olmayan ərazilərdə standart 4G və 5G telefonlardan istifadə edərək həyata keçirilən zəng peyklər vasitəsilə göndərilib və istifadəçilərə kosmos və yerüstü şəbəkələr arasında avtomatik keçid imkanı verir. Bu texnologiya üçün xüsusi peyk antenası və ya bahalı avadanlıq tələb olunmur.

Vodafone-un tərəfdaşı AST SpaceMobile-ın BlueBird peykləri vasitəsilə həyata keçirilən video zəng Uelsin ucqar bölgəsində sınanıb. Eyni texnologiya ilə Vodafone Türkiyə də Bolu və Düzce arasında səsli zəng və SMS testlərini uğurla keçirib.

Yeni peyk xidməti Avropada mobil genişzolaqlı əhatə dairəsini artırır, dağlıq və dəniz bölgələrində rabitə imkanlarını genişləndirir və əvvəl mobil bağlantısı olmayan insanlara internet və zəng xidmətləri təmin edir.

Jalə Rövşən

TodayPress TV

tag: Videozəng ,Kosmos,Dünya ,Yer,Todaypress.tv,