Kolumbiya Prezidenti ABŞ-nin iddialarına cavab verdi

Dünya

04.01.2026 12:45

Kolumbiya Prezidenti Qustavo Petro Venesuela lideri Nikolas Maduronun həbsi və onunla bağlı “yaxın əlaqələr” iddialarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "El Tiempo" məlumat yayıb.

Məlumata görə, Petro bu açıqlamanı sabiq prezident İvan Dukenin dövründə kommunikasiya və mətbuat müşaviri olan Həsən Nassarın ona Maduronun saxlanılması və mümkün açıqlamaları ilə bağlı narahat olmağı tövsiyə etməsindən sonra verib. Kolumbiya lideri isə gizlədəcək heç bir şeyinin olmadığını deyib.

“On ilimi nüfuzlu siyasətçilərlə silahlı narkotik qaçaqmalçıları arasındakı əlaqələri araşdırmağa və ictimaiyyətə açıqlamağa həsr etmişəm”, – deyə Petro vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Maduronun tutulmasından sonra Qustavo Petroya xəbərdarlıq edib. Tramp bildirib ki, kokain Kolumbiyada istehsal olunur və daha sonra ABŞ-yə göndərilir, Bu səbəbdən də o, Kolumbiya prezidentini “daha diqqətli olmağa” çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Kolumbiya,Venesuela,Tramp,Todaypress.tv,