Kolumbiya ABŞ-dən silah alışını dayandırdı
Kolumbiya ABŞ-dən silah alışından asılılığına son qoymaq qərarı alıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro bildirib.
"Kolumbiya artıq öz silahlarını almalı və ya öz resurslarından istifadə etməlidir. Bizim asılılığımız olmalı deyil. Bu səbəbdən də, məhz bu qərar alınıb", - Petro deyib..
O əlavə edib ki, artıq Kolumbiya polisi də Amerika tapançalarını almaqdan imtina edəcək.
Aynur TAC