Kiyevə gecə saatlarında ağır hücum: Ölən var - VİDEO
Ukraynanın paytaxtı Kiyev və Kiyev vilayətində gecə saatlarında kütləvi hücum baş verib.
TodayPress TV yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində bir uşaq ölüb.
Dağılan evin dağıntıları altından üç sakin xilas edilib. Bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hücum nəticəsində onlarla fərdi və çoxmərtəbəli yaşayış binasına, qeyri-yaşayış və anbarlara, həmçinin avtomobillərə və xüsusi texnikaya ziyan dəyib.
Bir neçə ərazidə yanğın baş verib. Vilayətin bəzi hissələrində elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.
Türkan İsgəndərli