KİV: Neft tankerləri Venesueladan yan keçir

KİV: Neft tankerləri  Venesueladan yan keçir
03.01.2026 14:25 Dünya

Neft tankerləri ABŞ tərəfindən ələ keçirilmə təhlükəsi səbəbindən Venesueladan yan keçir.

TodayPress TV bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Venesuelaya gedən ən azı yeddi gəmi marşrutunu dəyişib və ya açıq dənizdə dayanıb. Çünki dörd gəmi ABŞ qüvvələrinin hələ dekabr ayının ortalarında "Skipper" tankerini nəzarətə götürməsi səbəbindən geri dönmək məcburiyyətində qalmışdı.

Karib dənizi sularından yan keçən gəmilər 12,4 milyon barelə qədər xam neft daşıya bilər.

"Tankerlərin Venesuelaya girməkdən çəkinməsi ilə əlaqədar ölkədə neft çənləri dolur ki, bu da "Petroleos de Venezuela" dövlət şirkətini bəzi quyuları bağlamağa məcbur edir. Venesuela neftinin böyük hissəsinin hasil edildiyi Orinoko bölgəsində hasilat dekabrın ortaları ilə müqayisədə ayın 29-da 25 % azalıb", - "Bloomberg" qeyd edir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər