Kişinyovda Böyük Vətən Müharibəsinə aid xatirə lövhəsi üçüncü dəfə dağıdıldı
Dünya
13.11.2025 17:27
Kişinyovun mərkəzində Böyük Vətən Müharibəsinə aid xatirə lövhəsi üçüncü dəfə vandalizmə məruz qalıb.
TodayPress TV xəbər verir ki, hadisə İon Kreanqa Milli Uşaq Kitabxanasının divarındakı tarixi kitabədə baş verib. Sovet istehkamçısı tərəfindən yazılmış “Yoxlama aparılıb. Mina yoxdur. Leytenant V. İ. Kutepov” sözlərinin üzəri vandallar tərəfindən yenidən rənglənib.
“Pobeda” Koordinasiya Komitəsinin rəhbəri Aleksey Petroviç bildirib ki, lövhə bundan əvvəl iki dəfə bərpa edilib. O, abidənin qorunması üçün təcili tədbirlər görülməsini təklif etdiklərini xatırladıb.
Qeyd edək ki, yazı 2015-ci ildə orijinal boyadan istifadə edilərək bərpa olunmuş və gülləkeçirməz şüşə ilə qorunmuşdu. Lakin bu ilin oktyabrında qoruyucu örtük yoxa çıxıb, ardınca lövhə yenidən rənglənib. Noyabrın əvvəlində bərpa edilən yazı bu həftə üçüncü dəfə dağıdılıb.
Jalə Rövşən
tag: Kişinyov,Böyük Vətən Müharibəsi, Xatirə lövhəsi ,Vandalizm,Todaypress.tv,
