Kirkin qətli ilə bağlı yeni ittihamlar irəli sürülə bilər
Çarli Kirkin qətli ilə bağlı saxlanılan Tiler Robinsona qarşı əlavə ittihamlar irəli sürülə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Yuta ştatının Uinta dairəsinin prokuroru Ceff Qrey açıqlama verib.
“Əgər istintaqın əldə etdiyi məlumatlar digər şəxslərin də bu hadisədə iştirakına dəlalət etsə, onlara qarşı da mütləq ittiham irəli sürüləcək”,- o bildirib.
Xatırladaq ki, 31 yaşlı Çarli Kirk sentyabrın 10-da Yutanın Orem şəhərində universitetdə çıxışı zamanı odlu silahla qətlə yetirilib.
Qiymət Mahir