Keçmiş prezidentin yeni işi açıqlandı

Keçmiş prezidentin yeni işi açıqlandı
07.09.2025 08:15 Dünya

Ötən ay səlahiyyətlərini Karol Navroçkiyə təhvil verən Polşanın keçmiş prezidenti Andjey Duda özünə yeni iş tapıb.

TodayPress TV xəbər verir ki, o, məşhur "YouTube" kanalında siyasi tok-şousun aparıcısı olacaq.

"Məmnuniyyətlə elan edə bilərəm ki, Kanal Zero-nun yeni müəllifi var. Prezident Andjey Duda 16 aktual mövzuda 16 veriliş hazırlayacaq. Onlarla həmsöhbət, anlar, situasiyalar. Xatirələr və cari məsələlərə baxış. Premyera sentyabrın 15-də olacaq", - deyə Polşa media kanalının yaradıcısı Kriştof Stanovski "X" sosial şəbəkəsində yazıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər