Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR
ABŞ-nin Kaliforniya ştatının Feyrfild şəhərində məktəb məzuniyyət tədbiri zamanı baş verən atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Məlumata görə, atışma məzuniyyət mərasimi başa çatdıqdan dərhal sonra başlayıb.
Həlak olan və yaralanan şəxslərin yaşı və cinsi hələlik açıqlanmayıb.
Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirir.
Atışmanın səbəbləri və digər təfərrüatlar araşdırılır.
Qiymət Mahir