İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxardı

İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxardı
09.07.2026 14:11 Dünya

İtaliya hökuməti Rusiyanın Romadakı səfirliyinin iki hərbi attaşesini casusluq fəaliyyəti ilə əlaqədar ölkədən çıxarmaq qərarı verib.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" hesabında bildirib.

Nazirin sözlərinə görə, İvan Qorbaçov və Mixail Astaxov üç gün ərzində Romanı tərk etməlidir.

"İtaliya hökuməti Roma Prokurorluğunun istintaqı zamanı üzə çıxan casusluq fəaliyyətinə görə Rusiya Federasiyasının İtaliyadakı səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib. Xarici İşlər Nazirliyinin baş katibi bu barədə Rusiyanın Romadakı səfirini məlumatlandırıb. İvan Petroviç Qorbaçov və Mixail Vasilyeviç Astaxov üç gün ərzində Romanı tərk etməlidirlər.

Moskva Qərbə və İtaliyaya qarşı hibrid vasitələrindən istifadə etməyə davam edir. Bu, İtaliya dövlət institutlarına və milli təhlükəsizliyə qarşı ciddi və qəbuledilməz müdaxilədir", – Tayani qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər