İsveçrə Rusiyadan qızıl idxalını artırdı
İsveçrə 2025-ci ilin yanvar-iyun ayları ərzində Rusiyaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, qızıl idxalını illik müqayisədə iki dəfə artırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA” BMT-nin “Comtrade” platformasının məlumatlarına istinadən məlumat yayıb.
Göstərilən dövr ərzində İsveçrə Rusiyadan 934,7 milyon dollar dəyərində 10,2 ton qızıl alıb. İdxal həcmi 2024-ci ilin eyni dövrü ilə müqayisədə 50% artıb, pul ifadəsində isə iki dəfə çoxalıb.
Aysel Mətləb