İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı

İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı
30.05.2026 21:20 Dünya

İsveçrənin Sürix şəhərində İsveçrə və Norveç arasında 2026-cı il hokkey üzrə dünya çempionatının yarımfinal oyunu başa çatıb.

TodayPress TV xəbər verir ki, “SwissLife Arena”da keçirilən oyunda İsveçrə 6:0 hesabı ilə qalib gələrək turnirin finalına vəsiqə qazanıb.

Finalda isveçrəlilər Kanada-Finlandiya matçının qalibi ilə qarşılaşacaqlar.

Qeyd edək ki, İsveçrə tarixdə ardıcıl üç finalda məğlub olan ilk komanda ola bilər. 2024-cü ildə İsveçrə Çexiyaya (0:2), 2025-ci ildə isə ABŞ-yə (0:1 əlavə vaxt) məğlub olub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər