İsrail və Gürcüstanın XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə etdilər
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili israilli həmkarı Gideon Saar ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Qeyd olunur ki, görüş zamanı nazirlər ikitərəfli gündəliyə dair məsələləri müzakirə ediblər. Xüsusilə diqqət iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə yönəldilib.
Tərəflər həmçinin Yaxın Şərqdəki vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar və ABŞ Prezidenti Donald Trampın regionda sülhün bərqərar olunması istiqamətində xüsusi səylərini vurğulayıblar.