İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI

İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI
30.05.2026 21:07 Dünya

İsrailin Müdafiə Ordusu Livanda radikal "Hizbullah" qruplaşmasının artilleriya qərargahını məhv edib.

TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Şmaeli rayonunda "Hizbullah" təşkilatının artilleriya qərargahına hücum edərək onu məhv edib. Hücumdan sonra binanın daxilində silahların olduğunu göstərən təkrar partlayışlar qeydə alınıb. Zərbə rayonda terrorçu qruplaşmaların olması barədə məlumat daxil olduqdan sonra endirilib", - deyə məlumatda qeyd olunur.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər