İsrail hərbi texnikaları Türkiyə sərhədinə yığıldı - NƏ BAŞ VERİR ?

İsrail hərbi texnikaları Türkiyə sərhədinə yığıldı - NƏ BAŞ VERİR ?
30.09.2026 11:05 Dünya

Yunanıstan İsraildən aldığı  "SPIKE NLOS" raket sistemlərini Egey adalarında yerləşdirməyə başlayıb.

TodayPress TV xəbər verir ki, Yunanıstan mətbuatının məlumatına görə, sistemlərin növbəti mərhələdə Türkiyə ilə sərhəddə yerləşən Meriç bölgəsindəki hərbi birləşmələrə də verilməsi planlaşdırılır.

Məlumata əsasən, Yunanıstan ordusunda "SPIKE NLOS" sistemləri üzrə ilk şəxsi heyətin hazırlığı artıq başlayıb. Sistemlərin Egey adalarında yerləşdirilməsi ilə bağlı işlərin sürətləndirildiyi, yaxın müddətdə atış və taktiki təlimlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilir.

Yunanıstan eyni zamanda İsrail istehsalı "PULS" “çoxlüləli  raket sistemlərini də Egey adalarında yerləşdirməyi planlaşdırır. Lakin bu sistemlərin ilk partiyasının Yunanıstana 2027-ci ilin sonlarında çatacağı gözlənilir. 

Qeyd edək ki, "SPIKE NLOS" uzunmənzilli idarə olunan raket sistemi, PULS" isə müxtəlif tipli raketlərdən istifadə edə bilən çoxlüləli  raket platformasıdır.

Jalə Rövşən 

FOTOLAR

İsrail hərbi texnikaları Türkiyə sərhədinə yığıldı - NƏ BAŞ VERİR ? — 1
XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər