"İspaniyanı yox edəcəyik" - Tramp elan etdi

"İspaniyanı yox edəcəyik" - Tramp elan etdi
04.09.2026 14:47 Dünya

ABŞ Prezidenti Donald Tramp İspaniya ilə bağlı sərt açıqlama verib.

TodayPress TV xəbər verir ki, Tramp “İspaniya məhv olacaq” deyərək Madridə xəbərdarlıq edib.

Bu açıqlamanın ABŞ və İspaniya arasında NATO-nun müdafiə xərcləri ilə bağlı artan fikir ayrılığı fonunda səsləndirildiyi bildirilir.

Tramp İspaniyanın NATO üzvlərindən tələb olunan müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq öhdəliyini qəbul etməməsini dəfələrlə tənqid edib.

ABŞ Prezidenti həmçinin İspaniyanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməməsindən narazılığını ifadə edib.

Tramp daha əvvəl İspaniyanın Baş naziri Pedro Sançesi də NATO-ya kifayət qədər töhfə verməməkdə ittiham edib.

Vaşinqtonla Madrid arasında gərginliyin yenidən artdığı bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər