İspaniyada meşə yanğını 12 nəfərin həyatına son qoydu
İspaniyanın Almeriya əyalətində baş verən meşə yanğını nəticəsində azı 12 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "RTVE" məlumat yayıb.
Məlumata görə, Bedar bələdiyyəsinə bağlı kəndlərdən birində bir neçə cəsəd aşkar edilib. Andalusiyanın fövqəladə hallar naziri vəzifəsini icra edən Antonio Sanz hadisəni indiyədək bölgədə baş vermiş ən dağıdıcı meşə yanğınlarından biri adlandırıb. Ərazidə yanğın təhlükəsi səviyyəsi ikinci mərhələyə qaldırılıb.
Yanğının söndürülməsi üçün təxminən 150 yanğınsöndürən cəlb olunub, təhlükəsizlik məqsədilə isə 1000-ə yaxın sakin təxliyə edilib.
İlkin məlumata görə, 112 təcili yardım xidmətinə daxil olan 150-dən çox zəngdə yanğının elektrik xəttinin qırılması nəticəsində başladığı ehtimalı irəli sürülüb.
Türkan İsgəndərli