İrəvanın eks-merindən 5 milyon dollarlıq müsadirə tələbi

Dünya

19.11.2025 14:46

Ermənistan Baş Prokurorluğu İrəvanın keçmiş meri Taron Markaryandan 5 milyon dollardan çox vəsaitin müsadirəsini tələb edib.

TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, qanunsuz aktivlərin müsadirəsi işi çərçivəsində Markaryan və onunla əlaqəli şəxslərdən ümumilikdə 2 milyard dramlıq (təxminən 5,2 milyon dollar) daşınmaz əmlak və nağd pulun geri alınması istənilir.

Onun əmlakına həbs qoyulub.

Qeyd edək ki, sentyabrın 8-də Markaryan barəsində İrəvanda torpaq sahələrinin mənimsənilməsi ilə bağlı cinayət işi də məhkəməyə göndərilib. O və Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş rəhbəri Arman Saakyan 2011–2018-ci illərdə torpaq sahələrini mənimsəməkdə ittiham olunurlar.

Jalə Rövşən

TodayPress TV

tag: Taron Markaryan,Ermənistan ,Ermənistan Baş Prokurorluğu ,İrəvan ,Todaypress.tv,