İranla müharibə bitir? - Tramp təcili əmr verdi

İranla müharibə bitir? - Tramp təcili əmr verdi
25.07.2026 21:41 Dünya

ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların dayandırılması barədə göstəriş verdiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Donald Tramp cümə günü ABŞ ordusuna İrana qarşı həyata keçirilən hücumların dayandırılması barədə əmr verib. Bununla da, təxminən iki həftədir davam edən gündəlik zərbələrə son qoyulduğu bildirilir.

Qeyd olunub ki, bu qərar Oman rəsmilərinin Tehranda danışıqlar apardığı bir vaxta təsadüf edib.

Xəbərlərə əsasən, tərəflər arasında Hörmüz boğazının yenidən açılması ilə bağlı mümkün razılaşma istiqamətində irəliləyiş əldə olunub. Bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər