İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır

İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır
31.05.2026 19:10 Dünya

Tramp İranla bağlı daha sərt şərtlər tələb edir

TodayPress TV "CNN"ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma çərçivəsində daha sərt tələblər irəli sürür.

Məlumata əsasən, Tramp İranın nüvə proqramı ilə bağlı öhdəliklərinə və Hörmüz boğazının yenidən açılmasına dair zəmanətlərin daha ciddi şəkildə tənzimlənməsində israr edir.

Tramp həmçinin razılaşma nəticəsində İranın əldə edə biləcəyi maliyyə gəlirlərinin həcmi ilə bağlı narahatlığını ifadə edib.

ABŞ prezidenti hesab edir ki, mümkün saziş Tehrana həddindən artıq iqtisadi üstünlüklər verməməlidir.

TodayPress TV 

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər