İranın əsl hədəfi bəlli oldu - Əraqçi hər şeyi AÇIQLADI
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehranın Yaxın Şərqdəki fəaliyyəti region ölkələrinə qarşı yönəlməyib və yalnız ABŞ-yə qarşı həyata keçirilir.
TodayPress TV xəbər verir ki, Əraqçi bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, ABŞ ilə münaqişə başa çatdıqdan sonra İran qonşu dövlətlərlə etimad münasibətlərini bərpa etmək niyyətindədir.
Nazir vurğulayıb ki, Tehran region ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə və qarşılıqlı etimadın artırılmasına önəm verir.
Kübra Musayeva