ABŞ-də “dron və raket yağışı” gözlənilir - İran XƏBƏRDARLIQ ETDİ
İranın Ali Dini Lideri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzai bildirib ki, ABŞ-nin hücumları növbəti iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri “çəkindirmə mərhələsindən” “hücum və tam məhv etmə mərhələsinə” keçəcək.
TodayPress TV xəbər verir ki, Rzainin sözlərinə görə, bu halda ABŞ-nin hərbi bazaları və hərbçiləri birbaşa zərbələrin hədəfinə çevriləcək.
“ABŞ bilməlidir ki, müharibə və danışıqlar strategiyası dalana dirənib. Yaxın günlərdə İranın hücumlarının intensivliyi artacaq. Amerikalılar pilotsuz uçuş aparatları dalğalarını gözləməlidirlər. Amerika raket dalğaları ilə üzləşəcək”, - deyə o bildirib.
Kübra Musayeva