İran Qərbi açıq şəkildə hədələdi

İran Qərbi açıq şəkildə hədələdi
14.06.2025 19:45 Dünya

İsrailə dəstək verəcəkləri təqdirdə ABŞ, Fransa və Böyük Britaniyanın Yaxın Şərqdəki obyektləri İranın hədəfində olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə rəsmi Tehran “Mehr” agentliyi vasitəsilə bəyanat yayıb. 

Bildirilib ki, əgər Qərb ölkələri İsrailə İranın hücumlarını dəf etməkdə hərbi yardım göstərsə, o zaman onların bölgədəki hərbi infrastrukturu – o cümlədən Fars körfəzi və Qırmızı dənizdəki gəmilər və hərbi donanma – İran tərəfindən vurulacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər