İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər
İran Küveyt Hava Limanına hücum etdi.
TodayPress TV xəbər verir ki, bu barədə Küveyt hakimiyyəti, ölkənin beynəlxalq hava limanına edilən zərbə ilə bağlı müxtəlif bucaqlardan çəkilmiş CCTV görüntülərini yayımlayıb.
Görüntülərdə Küveyt Beynəlxalq Hava Limanının terminal binasının İran istehsalı olduğu bildirilən "Şahid-136" kamikadze dronu tərəfindən vurulduğu anlar əks olunub.
Bundan əvvəl İran rəsmiləri hava limanına dəyən ziyana görə məsuliyyəti rədd etmişdi. İranın İnqilab Keşikçiləri Korpusu hadisənin İran tərəfindən həyata keçirilmədiyini iddia edərək, zərbənin yerli hava hücumundan müdafiə sistemində yaranmış nasazlıq nəticəsində hədəfdən yayınan "Patriot" tutucu raketindən qaynaqlandığını bildirmişdi.
Lakin Küveyt tərəfinin yaydığı yeni görüntülərin hadisənin dron hücumu nəticəsində baş verdiyini göstərdiyi vurğulanır. Hadisə ilə bağlı araşdırmalar davam edir və tərəflər arasında qarşılıqlı ittihamlar sürür.
Türkan İsgəndərli