İran İraq Kürdüstanına güclü zərbələr endirir - VİDEO
İran Silahlı Qüvvələri hazırda İraq Kürdüstanı ərazisində yerləşən hədəflərə raket və pilotsuz uçuş aparatları ilə intensiv zərbələr endirir.
TodayPress TV xəbər verir ki, hücumların əsasən İran kürd müxalif qruplarının mövqelərini hədəf aldığı bildirilir. İlkin məlumatlara görə, zərbələr nəticəsində ölən və yaralananlar var. Hadisə ilə bağlı rəsmi qurumların açıqlamaları gözlənilir.