İran Hörmüzdə nəzarəti gücləndirdirir - 20 gəmi..

İran Hörmüzdə nəzarəti gücləndirdirir - 20 gəmi..
30.05.2026 19:50 Dünya

İran son bir sutka ərzində Hörmüz boğazından 20 neft tankeri və ticari gəminin donanmanın koordinasiyası və icazəsi ilə keçdiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində donanmanın koordinasiyası və təhlükəsizlik təminatı altında neft tankerləri, konteyner gəmiləri və digər ticari gəmilər də daxil olmaqla, 20 gəmi Hörmüz boğazından keçid edib.

"Hörmüz boğazında intellektual nəzarət və müşahidə qətiyyətlə həyata keçirilir, hər cür təcavüzkar addımın qarşısı isə sarsıdıcı zərbələrlə alınacaqdır", - deyə bəyanatda vurğulanıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər