İran Amerikaya qarşı yeni plan hazırlayır

İran Amerikaya qarşı yeni  plan hazırlayır
01.10.2026 17:42 Dünya

İran ABŞ-nin genişmiqyaslı hərbi hücumları bərpa edəcəyi təqdirdə daha genişmiqyaslı cavab verməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, “Reuters”in mənbələrə istinadən yaydığı məlumata görə, Tehran danışıqlar yolu ilə eskalasiyanın qarşısını almağa çalışsa da, danışıqların nəticə verməsi və sülh sazişinin əldə olunacağı ilə bağlı inam azalıb.

Məlumata görə, İran rəhbərliyi ABŞ-nin mümkün yeni hərbi kampaniyasının əvvəlkindən daha güclü cavabla qarşılanmalı olduğunu düşünür.

Agentliyə danışan üç yüksəkvəzifəli iranlı məmurun və danışıqlardan məlumatlı digər şəxsin sözlərinə görə, İranın yüksək rütbəli hərbi komandirləri mümkün hədəflərin dairəsinin genişləndirilməsi ilə bağlı planları nəzərdən keçirirlər.

Bildirilir ki, mümkün hədəflər yalnız ABŞ ilə  əlaqəli obyektlərlə məhdudlaşmaya bilər. Siyahıya ABŞ-nin hərbi əməliyyatlarını dəstəkləyən ölkələrdəki obyektlərin, eləcə də mümkün olaraq Yaxın Şərqdən kənarda yerləşən məkanların daxil edilməsi nəzərdən keçirilir.

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər