İran AEBA ilə əməkdaşlığın formasını dəyişəcək

İran AEBA ilə əməkdaşlığın formasını dəyişəcək
12.07.2025 18:15 Dünya

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlığı davam etdirdiyini, lakin bu əməkdaşlığın yaxın vaxtlarda yeni formaya keçəcəyini açıqlayıb.

ToayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O əlavə edib ki, gələcəkdə İranın AEBA ilə bütün əməkdaşlıq formaları Ali Milli Təhlükəsizlik Şurası tərəfindən tənzimlənəcək.

İyunun 25-də İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiqləyib. Qanuna əsasən, İran nüvə obyektlərində müşahidə kameralarının yerləşdirilməsini, yoxlamaları və hesabatların təqdim olunmasını müvəqqəti dayandırır. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər