İran ABŞ-yə qarşı hərbi cavab hazırlayır? - “Neft ixracına mane olsanız...”

İran ABŞ-yə qarşı hərbi cavab hazırlayır? - “Neft ixracına mane olsanız...”
01.09.2026 19:00 Dünya

İran ABŞ-nin dəniz blokadasını "hərbi təcavüz aktı" hesab edir və buna simmetrik cavab verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının parlament sədri Məhəmməd Bağır Qalibaf iranlılara videomüraciətində danışıb.

“Əgər onlar blokadanı sərtləşdirsələr, biz mütləq hərbi cavab verəcəyik və nəticədə hamı uduzacaq. Əgər rəqib bizim Fars körfəzindən neft ixrac etməyimizə mane olmaq qərarına gəlsə, heç kim neft ixrac edə bilməyəcək”, - deyə Qalibaf bildirib.

Onun fikrincə, ABŞ hazırda İrana qarşı iqtisadi müharibəsi çərçivəsində psixoloji aspektə daha çox diqqət yetirir, çünki yeni elan edilmiş sanksiyaların əhəmiyyətli bir hissəsi əvvəllər də tətbiq olunub.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp “iqtisadi müharibəyə və İranın təcrid edilməsinə” başlanıldığını elan edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər